Kainatın İlahi Dili (5)

Həyatımın çətin anlarını yaşayırdım. İllər boyu əziyyət çəkməyimə baxmayaraq, arzuladığım məqama nəinki çata, heç yaxınlaşa da bilmirdim. Məsuliyyətimdə olan vacib işlərin belə öhdəsindən gəlməyi bacarmırdım. Çoxlarının yolunda özümü fəda etməyimə baxmayaraq, qədrimi bilən olmadı. Nədənsə bütün problemlər mənim başıma gəlir, bütün çətinliklər məni tapırdı... Aldığım zərbələrdən çox yorulmuşdum... Cəmiyyətin tələb etdiyi “yaxşı insan” modelini bacardığım qədərilə ən gözəl şəkildə təqdim etməyə cəhd etsəm də, palçığa batmış maşın kimi sürətimi artırmağa çalışdıqca daha da batırdım. Olduqca çıxılmaz bir vəziyyətə düşmüşdüm. Lakin qorxduğum şeylərin başıma gəldiyinin fərqinə vardığım anda qəflət yuxusundan ayıldım. Məhz həmin an mənim üçün OYANIŞ başladı.

Kainatın İlahi Dili (5)

OYANIŞA DOĞRU İLK ADDIMLARIM

Oyanışa doğru ilk addımlarımı özümdən asılı olmayaraq atdım. Yaşadığım hadisələr məni çarəsizliyə, çarəsizlik isə belə bir vəziyyətə gətirib çıxarmışdı. Bu hallara düşəcəyim ağlıma belə gəlməzdi. O qədər çarəsiz idim ki, əlimdən heç nə gəlmirdi.

Özümü bu vəziyyətdən çıxarmaq üçün yollar axtarmağa başladım.

Nə üçün bunları yaşayıram?

Mənim vəziyyətimdə olan başqa insanlar da varmı?

Yoxsa bu dünyada bütün qorxduğu şeyləri özünə doğru çəkən qeyri-adi qüvvə təkcə mənəm?

Bunları düşündükcə, bəzi şeyləri də dərk etməyə başladım. Bütün işlərim qaydasında olanda, əhval-ruhiyyəmin ən yaxşı vaxtlarında, cibimin pulla dolu olduğu günlərdə televiziya və internet proqramlarında tez-tez rast gəldiyim, lakin əhəmiyyət vermədən “Boş şeylərdir” dediyim bir çox məlumatlar artıq diqqətimi çəkməyə başlamışdı.

Mən də hamı kimi dara düşəndə bu çətinliklərdən, sıxıntılardan qurtulmaq, münasibətləri bərpa etmək, həyatımdakı bolluq və bərəkəti artırmaq üçün çıxış yolları axtarmağa başladım.

Oxuduqca oxudum, oxuduqca oxudum! Oxuduqlarımın bəzən bildiklərimlə ziddiyyət təşkil etdiyi vaxtlar da olurdu. Daha sonra seminarlara qoşulmağa başladım. Kimlərsə bəzi şeyləri izah etməyə çalışaraq belə deyirdi: “Ayılın!”, “Dərk edin!”, “Çətin deyil”, “Siz bir addım atsanız, davamı rahatlıqla gələcək...”

Seminarlarda çıxış edənlərə qulaq asdıqda belə düşünürdüm: “Əlbəttə, onun üçün danışmaq asandır! Görünür, əhvalı yaxşıdır, uğurları çoxdur və cibi də pul ilə doludur. Amma mən eyni abu-havada deyiləm”. İşləri yolunda gedən biri üçün başqalarının qarşısında çıxış etmək asandır. “Əlbəttə, sənin imkanların genişdir. Mənim də o qədər pulum olsa, mən də heç bir seminarı qaçırmaz və bu qədər təhsilə yiyələnərdim. Onda bu cür çıxış etmək mənə də asan gələrdi. Bəxtim gətirsəydi, mən də müvəffəq olardım.” - ürəyimdə deyinirdim.

 İştirak etdiyim seminarların pulunu da çox vaxt borc alırdım. Seminar başlayandan bitənə qədər ürəyimdə belə deyirdim: “Dəli olma, Bülənt! Həyat çox çətindir. Bunlara aldanma! Həyatın həqiqətləri var, bunlar hamısı pul tələsidir”. Bu seminarların mənə heç bir faydası olmadığı üçün kim seminar haqqında maraqlansa, pis rəy bildirirdim.

Addım atmağa nə cəsarətim, nə də maddi gücüm var idi.

Mənim kimi bu seminarları dinləməyə gələnlərin sayı çox idi. Hamısı da eyni sualları verirdi. Lakin ən maraqlısı bu idi ki, qarşılaşdığım hər kəsin ortaq dərdi “Niyə məhz mən?” sualına cavab axtarmaq idi.

Heyrətə gəlirdim.“Deməli, mən tək deyiləm və mənim kimi həyatı məhv olsa da, özünü ələ almağa çalışan başqa insanlar da var”.

Vaxt çox sürətlə keçirdi. Borclarımın faiz hissəsi hər ötən gün daha da artır və məni çıxılmaz vəziyyətə salırdı. Banklardan girovla bağlı bildirişlər gəlməyə başladı. Cibim pulla dolu olanda pulumu payladığım can-ciyər dostlarım harda idilər görəsən???

Vaxt tez keçməsin, ödəniş günləri tez gəlməsin deyə dua etdikcə, zaman sanki inad edib daha da sürətlə keçirdi. Sanki hər şey mənim əleyhimə idi. Həftə yenicə başlamışkən birdə ayılırdım ki, cümə günüdür. Bu nə vəziyyətdir mən düşmüşəm? Bu gedişatla nəinki banklara olan borcumun əsas hissəsini, heç faizləri də ödəməyim mümkün deyil!!!

Bu kitab, Nəfəs21 Akademiyası Azərbaycan Qrupu tərəfindən tərcümə edilmişdir.

 

Aynur Seyidova

https://www.facebook.com/aynur.seyidova.96780

https://www.instagram.com/aynur.seyidova.87/

[email protected]

 

Leyla Mahmudova

https://www.instagram.com/mahmudova2171/

https://nefes21.com/az/profil/leyla-mahmudova

[email protected]

 

Sevinc Məmmədova

https://www.instagram.com/alimeleksevcan/

[email protected]

https://nefes21.com/az/profil/sevinc

 

Nərgiz Bağırlı

[email protected]

https://www.instagram.com/nergizliva?r=nametag

 

Xuraman Mürsəlova

https://www.facebook.com/khuraman.mrsl

https://instagram.com/xuraman_mursel?utm_medium=copy_link

 

Səfayə Əhmədova

En güncel gelişmelerden hemen haberdar olmak için Telegram kanalımıza katılın!