Kainatın İlahi Dili (2)

Həyatımın çətin anlarını yaşayırdım. İllər boyu əziyyət çəkməyimə baxmayaraq, arzuladığım məqama nəinki çata, heç yaxınlaşa da bilmirdim. Məsuliyyətimdə olan vacib işlərin belə öhdəsindən gəlməyi bacarmırdım. Çoxlarının yolunda özümü fəda etməyimə baxmayaraq, qədrimi bilən olmadı. Nədənsə bütün problemlər mənim başıma gəlir, bütün çətinliklər məni tapırdı... Aldığım zərbələrdən çox yorulmuşdum... Cəmiyyətin tələb etdiyi “yaxşı insan” modelini bacardığım qədərilə ən gözəl şəkildə təqdim etməyə cəhd etsəm də, palçığa batmış maşın kimi sürətimi artırmağa çalışdıqca daha da batırdım. Olduqca çıxılmaz bir vəziyyətə düşmüşdüm. Lakin qorxduğum şeylərin başıma gəldiyinin fərqinə vardığım anda qəflət yuxusundan ayıldım. Məhz həmin an mənim üçün OYANIŞ başladı.

Kainatın İlahi Dili (2)

Hər nə qədər belə hallara öz daxilimdə etiraz etsəm və haqqımı tələb etmək istəsəm də, səsimi çıxara bilmirdim və qorxumdan oturduğum yerdən qalxmağa belə cürət etməzdim. “Aylıq maaşımı alıram və bunu əldən verə bilmərəm.” - deyirdim özümə. Çünki ailəmin və sevdiklərimin sözləri hər zaman qulağımda sırğa idi: “Səsini çıxarma, işini gör. Kim nə desə, fikir vermə. Əsas odur ki, maaş alırsan. İndiki zamanda nə qədər işsiz adam olduğunu bilirsənmi?” Hər dəfə daxilimdə üsyan etdikcə bu fikirləri xatırlayar və üsyankar düşüncələrimdən əl çəkərdim. “Eyib etməz... Nə edim, əlimdən bu gəlir, bizdən daha pis vəziyyətdə olan insanlar var.” deyər, daha layiqli mövqelərdə ola biləcəyimə inansam da, heç bir mübarizə apara bilmirdim. Özümə haqq qazandıracaq sözlər uydururaraq vicdanımı bununla rahatladırdım: “İndiki zəmanədə hamı belədir, hər kəsin problemi var. Mənim yaşadığım sıxıntıları başqaları da yaşayır...”

Ömür beləcə davam edirdi. Hər dəfə həyatımı sorğu-sual etmək istədikdə - “Sus! Danışma, işini gör!” - sözləri ilə hisslərimi ovutmağa çalışaraq “yuxuya” davam edirdim.

Qarşıma özünüdərk və özünüinkişafla bağlı bir sıra kitablar, televiziya verilişləri çıxırdı. Bəzən də internetdə “Özünə dəyər ver, özünü inkişaf etdir!” kimi cümlələrlə rastlaşırdım. Bəzilərini oxumamış silirdim, bəzilərinə isə gözucu baxaraq: “Bunlar boş şeylərdir. Həyat bu qədər asan ola bilməz. Hamısı pul tələsidir. Necə yəni, mən hər şeyə müsbət yanaşdığımda kredit borcum ödənəcək? Həyatımdakı insanın qısqanclığı, kaprizləri, deyingənliyi bitəcək?”deyib, bunların cəfəngiyat olduğunu düşünürdüm. Həmişə ətrafımdakı insanların sözünü dinləyərək həyatın çətin olduğuna inanmışam. Belə ki, həyatın həqiqətləri var idi və mən bu həqiqətlərlə yaşamalı, xəyal dünyasından uzaq olmalı idim. Varlıların şanslı olduğuna, bacarıqlı insanların bir çox şeyi öz pulları hesabına və ya rüşvət yolu ilə əldə etdiklərinə inanırdım. Həqiqətən də çoxları belə idi. Hər ötən gün pula və pulsuzluğa olan gizli nifrət içimdə daha da böyüyürdü. Bu nifrət şəxsi həyatıma da təsir etməyə başlamışdı.

Şəxsi həyatım demişkən, bu mövzuda da problemlər yaşayırdım: “Bir təhər yola ver getsin, bu zəmanədə yenidən ailə qurmaq asan deyil, hər münasibətdə belə problemlər olur.” deyərək özümü böyük bir yalana inandırar, xoşbəxtlik maskamla həyatıma davam edərdim.

Sonralar məni daha da çarəsiz vəziyyətə salan, kasıblığa, böyük sıxıntılara düçar edən bir çox hadisələr yaşadım. Mənə elə gəlirdi ki, hamıdan çox işləyərək, tez-tez əlavə iş saatlarına qalaraq, daha çox fədakarlıq edərək, “zamanla ötüb keçər” deyərək, bu məsələləri qaydasına qoya bilərəm. Lakin xilas olmağa çalışdıqca bataqlığa düşmüş adam kimi getdikcə batırdım.

İnadkar və dikbaş idim. Hər şeyə “Mən bilirəm,özüm öhdəsindən gələrəm.” deyirdim. Bir çox hallarda isə başqalarının dediyini sorğu-sualsız qəbul edirdim. 

Gəncliyimə və çalışqanlığıma arxalanıb qurduğum “etibar qalasını” qorumaq üçün bir əsgər kimi həyatla can-başla mübarizə apardım. Nədənsə, külək həmişə qarşıdan əsdi və mən hər zaman buna sinə gərdim. Özümü qəhrəman hesab edirdim. İnadkarlığım ucbatından geriyə bircə addım belə atmadım. Daxilən bədbəxt, yorğun və ümidsiz idim. Ancaq üzümdəki maska güclü, xoşbəxt, hər şeyi nəzarətdə saxlayan bir insan maskası idi.

Əvvəllər qəbul etmədiyim, amma “yola verdiyim” çox məqamlar var idi. İndi isə hər şey idarə edə bilmədiyim bir həddə gəlib çatmışdı.   İdarə etməyə çalışdığım hər şey nəzarətimdən çıxmış, içimdəki nalə, fəryad məni daha da qəzəbləndirmişdi. İçimdə yığılıb qalan bu qəzəb hissinə görə ətrafımdakı insanlara qarşı fərqində olmadan kobud davranmağa başladım. İllər boyu mənə öyrədilən hər şeyi qüsursuz icra etməyimə baxmayaraq, çatdığım mövqe heç də ürəkaçan deyildi. Üzümdəki maskaların düşməməsi üçün səy göstərirdim.

Kitab, Nəfəs21 Akademiyası Tərcümə Dəstək Komandası tərəfindən tərcümə edilmişdir:

Nərgiz Bağırlı

[email protected]

https://www.instagram.com/nergizliva?r=nametag

Leyla Mahmudova

https://www.instagram.com/mahmudova2171/

[email protected]

Sevinc Məmmədova

https://www.instagram.com/alimeleksevcan/

[email protected]

https://nefes21.com/az/profil/sevinc

Aynur Seyidova

https://www.facebook.com/aynur.seyidova.96780

En güncel gelişmelerden hemen haberdar olmak için Telegram kanalımıza katılın!