Kainatın İlahi Dili 10

Həyatımın çətin anlarını yaşayırdım. İllər boyu əziyyət çəkməyimə baxmayaraq, arzuladığım məqama nəinki çata, heç yaxınlaşa da bilmirdim. Məsuliyyətimdə olan vacib işlərin belə öhdəsindən gəlməyi bacarmırdım. Çoxlarının yolunda özümü fəda etməyimə baxmayaraq, qədrimi bilən olmadı. Nədənsə bütün problemlər mənim başıma gəlir, bütün çətinliklər məni tapırdı... Aldığım zərbələrdən çox yorulmuşdum... Cəmiyyətin tələb etdiyi “yaxşı insan” modelini bacardığım qədərilə ən gözəl şəkildə təqdim etməyə cəhd etsəm də, palçığa batmış maşın kimi sürətimi artırmağa çalışdıqca daha da batırdım. Olduqca çıxılmaz bir vəziyyətə düşmüşdüm. Lakin qorxduğum şeylərin başıma gəldiyinin fərqinə vardığım anda qəflət yuxusundan ayıldım. Məhz həmin an mənim üçün OYANIŞ başladı

Kainatın İlahi Dili 10

Bir neçə il öncə təyyarəyə ilk dəfə minəndə stuardessanın təhlükəli vəziyyət yaranarsa, maskanı əvvəlcə özünə, sonra övladına taxacaqsan xəbərdarlığına sərt şəkildə etiraz edərək, maskanı əvvəlcə övladıma yox özümə taxmağın eqoistlik olduğunu bildirmişdim. Çünki ailəm və sevdiklərim daha önəmli idi. Onlara kömək etməzdən əvvəl özümü necə düşünə bilərəm? Ancaq indi başa düşürəm ki, həmin stuardessa əslində haqlı idi. Əgər təyyarədə təhlükəli vəziyyət yaransaydı, maskanı əvvəlcə özümə taxmalı idim ki, ətrafdakı insanlara köməklik göstərə biləcək qüvvəm olsun.

Başqalarına yardım etmək istəyirsənsə, ilk öncə sən güclü olmalısan! Bunu öyrənməyim nə üçün otuz il çəkdi? İndi də qəbullanmaqda çətinlik çəkirəm. Özümə dəyər verməyin, özümə vaxt ayırmağın da bir haqq olduğunu anlamaq nə üçün bu qədər vaxt apardı?

Bu dəfə də daxilimdə başqa bir üsyan baş qaldırdı. İllərimi boş yerə hədər etdiyim üçün özümə qəzəbləndim. Bir tərəfdən ətrafıma qarşı bəslədiyim kin və qəzəb hissi, digər tərəfdən də öz daxili gərginliklərim var idi. Ən təhlükəlisi isə o idi ki, düşündüyüm hər şeyin başıma gəldiyini şüurlu şəkildə dərk edirdim. Çünki bu şüurla ağlımdakı bir çox qorxunun məni daha pis yerə aparacağından narahatlıq duymağa başladım.

Qorxularım çox idi...

İtirməkdən,

Tək qalmaqdan,

Çarəsizlikdən,

Acizlikdən,

Səhv etməkdən,

Pulsuz qalmaqdan,

Xəstə olmaqdan,

Təcrid olunmaqdan,

Təqsirləndirilməkdən,

Rədd edilməkdən,

Qəbul edilməməkdən,

Əsarət altında olmaqdan,

Xilas ola bilməməkdən,

Aldadılmaqdan,

Sevilməməkdən,

Dəyişiklikdən

Və ən əsası “idarəçiliyi itirməkdən” çox QORXURDUM...

Uzun müddət yaşadıqlarımı qəbul etməyə çalışdım və bu mənim üçün heç də asan period deyildi. Lakin zaman keçdikdcə qorxularımın necə başıma gəldiyinə əyani şəkildə şahid olurdum:

İnşallah birlikdə iş qurduğum adam dürüst insan olar və məni aldatmaz” dedim.... Fikirlərim məni yanıltmadı və şərikim həqiqətən də məni aldatdı. Dostuma zamin durarkən ona belə demişdim: “Çox işlə, borcunu vaxtında ödə, məni çətin vəziyyətdə qoyma!”. O isə borcunu ödəməyib məni çətin vəziyyətdə qoydu. Maşınımı kreditlə alanda içimdə belə bir qorxu var idi: “Birdən ödəyə bilməsəm, maşını qaytarmaq məcburiyyətində  qalsam, necə olacaq?” Belə də oldu... Kreditlərimi ödəyə bilmədim və maşınımı başqasına satdım. Geriyə dönüb baxanda bunu anladım ki, düşündüyüm və ya ağzımızdan çıxan hər söz reallığa çevrilmişdi. Axı bu necə olur? Onda belə çıxır ki, mən qorxularımdan təmizlənərək zehnimdəki mənfi düşüncələri müsbətə doğru yönləndirsəm, həyatımdakı hər şey yaxşıya doğru dəyişəcək?

Bu kitab, Nəfəs21 Akademiyası Azarbaycan Komandası tərəfindən tərcümə edilmişdir.

Aynur Seyidova

https://www.facebook.com/aynur.seyidova.96780

https://www.instagram.com/aynur.seyidova.87/

[email protected]

 

Leyla Mahmudova

https://nefes21.com/az/profil/leyla-mahmudova

https://www.instagram.com/mahmudova2171/

[email protected]

 

Sevinc Məmmədova

https://www.instagram.com/alimeleksevcan/

[email protected]

https://nefes21.com/az/profil/sevinc

 

Nərgiz Bağırlı

[email protected]

https://www.instagram.com/nergizliva?r=nametag

 

Xuraman Mürsəlova

https://www.facebook.com/khuraman.mrsl

https://instagram.com/xuraman_mursel?utm_medium=copy_link

 

Səfayə Əhmədova

En güncel gelişmelerden hemen haberdar olmak için Telegram kanalımıza katılın!